AVTO

03 İyun

Yeni Haval H5 modeli təqdim olundu - FOTO

Görüntüləri iki ay bundan əvvəl ilk dəfə ortaya çıxan ikinci nəsil Haval H5 krossoverinin rəsmi şəkilləri dərc edilib.

Çinin Great Wall şirkəti yeni avtomobilin tam ölçülü şəkillərini yayımlayıb. Zavod daxili B06 kod adı ilə tanınan krossover cari Haval H5 modelini əvəzləməlidir. Bununla belə, köhnə və yeni avtomobilin eyni zamanda buraxılacağı da istisna olunmur: Çin avtomobil sənayesində belə hala tez-tez rast gəlmək olar. Krossoverin dizaynı üzərində, 2018-ci ilin yayında Land Rover şirkətini tərk edərək Haval şirkətinə baş dizayner vəzifəsinə keçmiş Fill Simmons işləyib