AVTO

03 İyun

BMW M5 sedanı 1020 at qüvvəli elektrik güc qurğusu ilə təklif ediləcək

BMW şirkəti yeni tarixindəki ən radikal addımı atmağa hazırlaşır.

Fins.az xəbər verir ki, Britaniyanın Car dərgisinin yazdığına görə, yeni nəsil BMW M5 idman sedanı iki variantda təklif ediləcəkdir: təkrar doldurulan hibrid və tam elektrik. Söhbət G60 indeksinə sahib olacaq 5 Series sedanından gedir: modelin mülki versiyası 2023-cü ildə, M5 modifikasiyası isə bir il sonra debüt edəcəkdir. Hibrid M5 sedanı tərkibinə V8 mühərriki və elektromotor daxil olan 780 at qüvvəli hibrid güc qurğusuna malik olacaqdır - bu güc qurğusu təqdimatı gözlənilən BMW X8M krossoverində debüt edəcəkdir. Lakin, M5 modelinin sırf elektrik ötürməsi ilə hərəkətə gələn versiyası da olacaqdır.

Elektrokar paket tipli akkumulyatorlardan ibarət olan 135 kilovatlıq batareyaya, həmçinin hər birinin gücü 250 kilovat olan üç elektrik mühərrikinə sahib olacaqdır. Elektrik güc qurğusunun ümumi hasilatı  1020 at qüvvəsi təşkil edəcəkdir. Eelktromotorlardan ikisi arxa tərəfdə, biri isə ön tərəfdə yerləşəcəkdir ki, bu da dartma vektorunun idarə olunmasını təmin edəcəkdir.