AVTO

02 İyun

Chevrolet bu modelinin satışlarına start verib

Chevrolet şirkəti ABŞ-da yolsuzluq üçün nəzərdə tutulmuş Suburban Z71 modelini satışa çıxarıb.

Z71 paketi olan tamöterməli ofrouderlər yalnız 5,3 və 6,2 litrlik V8 benzin mühərrikləri ilə təklif edilirlər. Bu versiyadan olan avtomobil adi Suburban modelindən eksteryer tərtibatı və BF Goodrich ofroud təkərləri fərqlənir. Qiymətlər 63,195 dollardan başlayır. Bütün Chevrolet Suburban Z71 modelləri tam ötürmə sistemi, 10-pilləli avtomatik tranmsissiya və iki diapazonlu paylayıcı qutu ilə təchiz edilirlər.

Ofrouder alternativsiz olaraq 20-düymlük təkər diskləri və BF Goodrich şinləri ilə təklif olunurlar.

ABŞ-da 5,3-litrlik mühərriki olan Chevrolet Suburban Z71 modelinin qiymətləri 63.195 dollardan başlayır, 6,2-litrlik mühərrik və zəngin təchizata malik olan Suburban Z71 modeli təxminən 70.000 dollara başa gələcəkdir. Müqayisə üçün, Suburban modelinin arxa ötürməli baza versiyası 52,995 dollara, tam təchizatlı Suburban High Country modeli isə 86,465 dollara satılır.