AVTO

02 İyun

Santa Fe modeli aqressivləşib - FOTO

Hyundai Santa Fe krossoveri tünerlərin diqqətini cəlb edən bir avtomobil deyil. Bu günə qədər krossover üçün ciddi tüninq proqramını təklif edən tüner ortaya çıxmayıb. Polşanın Carlex Design atelyesinin mütəxəssisləri bu haqsızlığı aradan qaldırmaq qərarına gəliblər və Santa Fe modelinin tüninq üçün yararlı olduğunu nümayiş etdiriblər.

Polyak tüner avtomobilin radiator barmaqlığından başlamış arxa bamperinə qədər hər şeyi təkmilləşdirib. Krossover ikirəngli kuzova, iri ölçülü radiator barmaqlığına, yan kandarlara, arxa spoylerə, diffuzora , təkər tağlarının genişləndiricilərinə və buraxılış sisteminin dörd “lüləsinə” sahib olub.