AVTO

01 İyun

BMW şirkətinin üç modelini doğan günəşə həsr olunub - FOTO

BMW şirkəti Yaponiyada satılan üç modelin xüsusi Edition Sunrise versiyasını təqdim edib.

Adından da göründüyü kimi, xüsusi seriyadan olan avtomobillər Yaponiyanın rəmzi olan doğan günəşin gözəlliyini tərənnüm edir. Qırmızı zolarlarla bəzədilmiş ağ rəngli kuzova malik olan 3 Series sedanı, X2 krossoveri və Z4 rodsteri məhdud sayda - modeldən asılı olaraq 50 və ya 200 nüsxədə buraxılacaqdır. Bütün BMW Sunrise Edition modellərini kuzovun yan tərəflərinə və güzgü gövdələrinə çəkilmiş qırmızı xətləri olan ağ Alpin White rəngi birləşdirir. Bir qədər sonra, şirkət, Melbourne Red rəngində olan BMW 3 Series modelini də təqdim etməyə söz verib. Standart avadanlıqlar dəsti və buraxılış həcmi modeldən asılıdır. BMW X2 xDrive18d M Sport Edition Sunrise krossoveri 200 ədəd buraxılacaqdır. Onların hər biri M Performance kuzov dəsti, adaptiv asqı, eksteryerin parlaq qara tərtibatı və salonun alüminium dekoru ilə təklif ediləcəkdirlər.