AVTO

01 İyun

Toyota Corolla modelinin hetçbekini hazırlayır

Bu yaxınlarda təqdim edilmiş "qaynar" Toyota GR Yaris modeli, hətta şirkətin onu satmağı planlaşdırmadığı ölkələrdə belə gözlənilmədən çox populyar olub.

Buna görə də, yapon istehsalçısı bu və ya digər səbəbdən Yaris modelinin satılmadığı bazarlar üçün Corolla modelinin bənzər versiyasını hazırlamaq fikrinə düşüb. Yapon "Best Car" nəşri, şirkət daxilindəki mənbələrinə istinadən, Toyota GR Corolla modeli üzərində çalışmalara start verildiyini iddia edir. Üstəlik, modelin texniki göstəricilərinin də müəyyən edildiyi bildirilir: “qaynar” beşqapılı hetçbek güc qurğusunu heç bir dəyişiklik olmadan kiçik qardaşdan  alacaqdır. Söhbət mexaniki ötürmələr qutusu və tam ötürmə sistem ilə birlikdə çalışan 272 at qüvvəsinə malik olan yeni 1,6-litrlik "turboüçlükdən"  gedir.