AVTO

01 İyun

Volkswagen Nivus krossoveri debüt edib - FOTO

Volkswagen şirkəti növbəti krossoveri təqdim edib.

Bu krossover alman istehsalçısının Braziliya bölməsi tərəfindən yaradılan və elə həmin ölkədə də nümayiş etdirilən kupeşəkilli Volkswagen Nivus krossoveridir. Şirkətdən yeni modelin tamzmilə Braziliyada yaradılan ilk model olduğunu iddia edirlər. Hərçənd bu ölkədəki texniki mərkəz artıq çox sayda avtomobillərin iyaradılmasında iştirak edib. Məsələn, götürək elə Virtus sedanını. Doğrudur, sedan Cənubi Amerikadan kənara çıxmasa da, Nivus qlobal model olacaqdır.