AVTO

01 İyun

Daha bir marka yenidən həyata qayıdır

Vaxtı ilə unudulmuş, lakin uzun müddət keçdikdən sonra yenidən həyata qaytarılan kifayət qədər avtomobil markaları vardır.

Bunlara misal olaraq, Hispano-Suiza, De Tomaso kimi markaları göstərmək mümkündür. Bu gün daha bir qeybə çəkilmiş markanın həyata qayıdacağı barədə bəyanat veriilib - bu, 1964-cü ildə fəaliyyətinə son vermiş Facel (Forges et Ateliers de Constructions d'Eure-et-Loir adının qısaldılmış versiyası) şirkətidir. Fransız istehsalçısı ən son modeli olan Facel 6 idman avtomobilini 1964-cü ildə istehsal edib. İndi isə, tamamilə yeni bir avtomobili - Facel V kupesini nümayiş etdirmək niyyətindədir.

Facel şirkəti avtomobil istehsal etməyə başlamazdan əvvəl, metal təbəqlərinə ştamplanması ilə məşğul olub. İkinci dünya müharibəsindən sonra, Métallon metallurgiya şirkəti ilə birləşən şirkət Simca, Ford, Panhard və Delahaye kimi şirkətlər üçün xüsusi kuzovları hazırlamağa başlayıb. Bu kuzovlar, əsasən kupe və kabrioletlər üçün hazırlanıb. Lakin, aprıcı kuzovların artan populyarlığı və kütləvi unifikasiyaya ilə əlaqədar olaraq, Facel bütün əsas müştərilərini itirib. Bundan sonra, şirkət öz avtomobillərini yaratmağa başlayıb.