AVTO

01 İyun

Ford Mustang Mach 1 geri qayıdır - FOTO

Keçən ilin noyabr ayında Ford şirkəti Mustang Mach-E elektrik krossoverini təqdim edərkən, Mach indeksinin elektrokara, üstəlik də krossoverə verilməsi bir çox Mustang həvəskarlarının narazılığına səbəb olmuşdu.

Xatırladaq ki, vaxtı ilə Mustang Mach 1 adını keçən əsrin 60-cı illərdə buraxılan fastbək daşıyırdı . Bir neçə il sonra, Mach 1 ikinci nəsil Mustang üçün opsiyalar dəstinə çevrildi və 2000-ci illərin ilk yarısında, Ford yalnız iki il müddətinə əfsanəvi adı yenidən geri qaytardı. Bununla birlikdə, Mach 1 adını qarşıda yeni qayıdış gözləyir: belə bir modifikasiya hazırkı modelin çeşidində təmsil olunacaqdır. Bunu təsdiq edən ilk şəkillər Ford şirkəti tərəfindən dərc edilib.