AVTO

19 May

Azərbaycanın bu ölkədən avtomobil idxalı 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 8 186 ədəd avtomobil idxal edib.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Avtomobillərinin ümumi dəyəri 85,04 mln ABŞ dollarına bərabər olub.

İllik müqayisədə qonşu ölkədən Azərbaycana ixrac olunan minik avtomobillərin sayı 3 152 ədəd və ya 1,6 dəfə artıb.