AVTO

19 May

Avropada avtomobil satışı kəskin azalıb

Avropa İttifaqı ölkələrində aprel ayında yeni minik avtomobillərinin satışı ötən ilin müvafiq dövrünə nisbətən 76,3 faiz az oldu.

Fins.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Asosiasiyasından (ACEA) bildirərək sözügedən məlumatların toplandığı dövrün ən böyük tənəzzül olduğunu qeyd ediblər.

Bütövlükdə Aİ üzvü olan 27 ölkədə 270,7 min avtomobil satılıb. Ən böyük azalma İtaliyada (97,6 faiz), İspaniyada (96,5 faiz), Fransada (88,8 faiz) qeydə alınıb. İstehsalçılardan isə daha çox FAC Group (87,3 faiz), PSA Group (81,2 faiz), Renault group (79 faiz), Daimler (78,8 faiz), VW Group (72,7 faiz) satış azalması ilə üzləşiblər.

Məlum olduğu kimi, aprel ayında COVID-19 pandemiyası ilə bağlı ciddi məhdudiyyətlər tətbiq edilmişdi. Məhdudiyyətlərin hələ nisbətən yumşaq olduğu mart ayında isə ötən ilin müvafiq dövrünə nisbətən azalma 55,1 faiz olub.