AVTO

19 May

Unikal Ferrari 720 min dollara satışa çıxarıldı - FOTO

Bring a Trailer saytında nadir tapılan Ferrari 458 Speciale Aperta spayderinin satışı barədə elan dərc edilib.

Fins.az xəbər verir ki, 4,5-litrlik V8 mühərriki və yeddi pilləli robotlaşdırılmış transmissiya ilə təchiz edilmiş superkar 499 nüsxəlik tirajla buraxılıb. Xəbərlər hazırlanarkən avtomobil üçün son təklif 476.000 dollar idi.Qeyd etmək gərəkdir ki, bu məbləğ avtomobilin bazar dəyərindən aşağıdır. Satıcı tərəfindən əlavə edilmiş sənədlərə əsasən, avtomobil 2016-cı ildə 403. 036 dollara alınıb. Superkar qəzaya düşməyib və bu müddət ərzində 21 min kilometr məsafə qət edib. Satılan nüsxə xüsusi qırmızı Rosso Berlinetta rənginə boyanmış, qara və ağ zolaqlar ilə bəzədilmişdir. Superkarın salonu qara rəngli alkantara ilə örtülmüşdür.

Ferrari 458 Speciale Aperta modeli 499 nüsxəlik tirajla buraxılıb. Hazırda superkarın qiyməti 590 - 720 min dollar arasında dəyişir.