AVTO

18 May

Koronavirus bu avtomobilləri daha populyar edəcək

“Volvo”nun baş direktoru Hokan Samuelsson, COVID-19 pandemiyası bitdikdən sonra avtomobil bazarının necə dəyişəcəyi ilə bağlı fikirlərini bölüşüb.

Fins.az xəbər verir ki, o, inanır ki, infeksiyanın səbəb olduğu "silkələnmə" elektrikli avtomobillərə kütləvi keçidi sürətləndirəcək və daha populyar hala gətirəcəkdir. Böyük şəhərlərdə insanlar şəxsi avtomobillərdən imtina edəcəklər və servis xidmətləri daha çox olacaqdır.

Samuelsson, elektrikli avtomobillərin postpandemiya bazarında üstünlük təşkil edəcəyinə də əmindir. amma top menecer niyə belə bir nəticəyə gəldiyini izah etmir.

“Bir neçə aydan sonra hər şeyin normal hala qayıdacağına və alıcıların dizel maşını satmaq istəyi ilə vitrinlərə gələcəyinə inanmaq sadəlövhlükdür - daha çox elektrikli nəqliyyat vasitələri istəyəcəklər. Bu daha çox olacaq", - “Volvo”nun rəhbəri vurğulayıb.

Göründüyü kimi, “Volvo” rəhbəri müxtəlif ölkələrin hökumətlərinin dəstəyinə arxalanır, çünki o, deyir ki, “hakimiyyətlər köhnə deyil, yeni texnologiyaların təbliği üçün pul xərcləməli olacaqlar.

İndi “Volvo”nun yalnız bir elektrikli avtomobil var - Volvo XC40 Recharge P8 AWD.