AVTO

15 May

Bu avtomobilə 3 min manata yaxın endirim var

Volkswagen Bakı Mərkəzi mövcud özünütəcrid günlərində müştəriləri üçün kampaniyanı davam etdirir. Kampaniya çərçivəsində Volkswagen Tiguan avtomobili eksklüziv qiymətə, cəmi 59500 AZN-ə təklif olunur.

Volkswagen Tiguan modeli 62100 AZN deyil, cəmi 59500 AZN-ə təklif olunur.

Bundan əlavə, yalnız karantin dövründə, salona gəlmədən avtomobil əldə edən hər kəsə 1 il müddətinə tam pulsuz servis və ehtiyat hissələri təklif olunur.

Avtomobillə bağlı bütün məlumatın evini tərk etmədən əldə edilməsi üçün bütün şərait yaradılır, avtomobilin ünvana təhvil verilməsi və qeydiyyatının həyata keçirilməsi təmin olunur.

Volkswagen Tiguan ilə bağlı sərfəli şərtlər nəğd alışla bərabər, kreditlə əldə etmək istəyən müştərilər üçün də keçərlidir. Avtomobili 18000 AZN ilkin ödənişlə əldə etmək mümkündür. Bu məbləğə bütün komissiyalar, GPS xidmətləri, kasko və icbari sığorta, habelə avtomobilin qeydiyyat xərcləri daxildir.