AVTO

15 May

Volkswagen Tiguan belə olacaq - FOTO

Yenilənmiş Tiguan modelinin bu il debüt edəcəyi hər kəsə bəllidir. Lakin, iş təkcə yenilənmə ilə bitmir - Tiguan ailəsi nəhayət vəd olunmuş kupeşəkilli krossover ilə də genişləndiriləcəkdir.

Yeni kupe-kross üçün ən vacib bazarlardan biri Çin olacaqdır. Bu günlərdə diribaş casuslar Çində sınaqları keçirilən, demək olar ki, "soyundurulmuş" Tiguan kupe-krossoverinin şəklinin çəkməyə müvəffəq olublar.

Şəkillərdən də gördüyünüz kimi, kuzovun üzərində praktiki olaraq heç bir örtük qalmayıb, ancaq hiyləgər mühəndislər avtomobilin "üzünə" gümüş rəngli qeyri-adi  kamuflyaj örtüyünü vurublar ki, bununla da Volkswagen krossoveri yerli Changan CS85 modelinə bənzər olub.