AVTO

04 May

"Bentley"dən YENİLİK

Bentley Continental GT, Continental GT Convertible və Bentayga modellərinin opsiyalar siyahısına karbondan hazırlanmış kuzov detallardan ibarət olan Styling Specification dəstini daxil edib.

Buraya ön splitter, diffuzor və iki hissəli spoyler daxildir. Styling Specifitacion dəstindəki bütün dekor elementləri bir neçə təbəqədən ibarət olan karbon lifindən hazırlanmışdır. Bir istiqamətdə toxunulan iplər 2⁄2 sarja quruluşu yaradır və avtomobilin tən ortasında mərkəzləşdirilirlər. Hər bir detalın aerodinamikası kompüterdə hesablanıb və onların hazırlanması üzərində Continental GT Pikes Peak və Ice Race modelləri üçün kompozit kuzov elementlərinin yaradılmasına cavabdeh olan mütəxəssislər qrupu iştirak edib.