AVTO

01 May

Toyota daha bir krossover hazırlayır

Bu günlərdə casuslar Tailandda sınaqdan keçirilən maraqlı prototiplərə rast gəliblər.

Bu prototiplərin Toyota Corolla modelinin bazasında inşa edilmiş yeni krossoverə aid olduğu söylənilir. Casuslar kamuflyajla örtülmüş "qatırın" şəkillərini çəkməyə və gələcək krossover haqqında ətraflı məlumat almağa müvəffəq oldular.

Model zavoddaxili 740B kod adına malikdir və Corolla Cross adı ilə satışa çıxacaqdır. Toyota Corolla Cross yapon markasının model xəttində, bir müddət bundan öncə təqdim edilmiş Yaris Cross və RAV4 modellərinin arasında yer alacaqdır. Yayılan şəkildən avtomobilin dizaynı barədə nəticə çıxarmaq qeyri-mümkündür, çünki şəkildə test qatırı görüntülənib: gələcək modelin komponentləri və qurğuları kuzovu müəyyən qədər dəyişdirilmiş RAV4 modelidə quraşdırılıb.