AVTO

01 May

Daha bir ucuz avtomobil təqdim olundu - FOTO

General Motors və SAIC şirkətləri tərəfindən kütləvi və ucuz avtomobillərin buraxılması üçün yaradılan Baojun markası, krossover seqmentində xüsusilə uğurlu olmuşdur.

Əvvəlcə adi minik avtomobilləri ilə uğursuzluğa düçar olan marlka, amma şirkətin düzgün istiqamət götürdüyü aşkardır. Ötən yay, demək olar ki, beş metrlik Baojun RC-6 liftback debüt edib, indi isə, növbə kiçik Baojun RC-5 modelinə çatıb. Baojun RC-5 modeli ölçülərinə və formatına görə, əvvəlki nəsil Skoda Octavia modelinin analoqu sayıla bilər.

Ölçülərdəki fərq hər üç istiqamətdə 20 millimetrdən çox deyil: RC-5 modelinin uzunluğu - 4650 millimetr, eni - 1806 millimetr, hündürlüyü isə 1458 millimetrdir. Təkər bazasının genişliyi 2700 millimetr təşkil edir. Xatırladaq ki, Octavia modelinin təkər bazasının ölçüsü 2686 millimetrdir. Ancaq dizayn baxımından, çex və çin liftbekləri, əlbəttə ki, fərqli qütblərdədirlər.

Baojun RC-5 liftbekinin qiymətləri hələlik elan edilməyib, çünki yeni model satışa yalnız ilin ikinci yarısında çıxacaqdır. Ancaq, Çində daha böyük Baojun RC-6 modelinin qiyməti 12 min dollardan başlayır və RC-5 ondan ucuz olmalıdır. Müqayisə üçün, Skoda Octavia modeli Çində 14 min dollara satılır.