AVTO

29 Aprel

Yeni Hyundai Elantra - VİDEO

Bir ay bundan əvvəl, Hyundai şirkəti rəsmi şəkildə yeni nəsil Elantra modelinin "qaynar" N Line modifikasiyasına sahib olacağını bildirmişdi.

O zaman, şirkət yalnız bəyanat verməklə kifayətlənmişdi. Bu gün isə, "qaynar" modelin ilk görüntüləri dərc edilib. Lakin, dərc edilmiş görüntülər sualları cavablandırmaq əvəzinə yenilərini yaradıb. Şəkillər və videodakı avtomobilin çox güclü kamuflyaj örtüyünə malik olduğu da diqqəti çəkir. Böyük ehtimalla, "qaynar" sedan daha aqressiv formalı aerodinamik kuzov dəsti, iri ölçülü təkər diskləri və fərqli buraxılış sistemi ilə təchiz ediləcəkdir. Bundan əlavə, Hyundai Elantra N Line modeli "qısaldılmış" asqı sistemini və yeni benzin turbomühərrikini alacaqdır.