AVTO

28 Aprel

Toyota Crown modelinin iki xüsusi versiyasını hazırlayıb

Toyota şirkəti Corwn modelinin 65 illik yubileyini qeyd etmək üçün, onun yenilənmiş variantını və iki xüsusi versiyasını hazırlayıb.

Məhdud saylı tirajla buraxılacaq xüsusi seriyalardan olan avtomobillər yalnız Yaponiya bazarında satılacaqdırlar. Yeniliklərin arasında Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemi də vardır. Artıq qeyd etdiyimiz kimi, Toyota Crown modelinin RS Limited və RS Four Limited adlandırılmış xüsusi versiyaları məhdud saylı tirajla buraxılacaqdırlar. Hər iki versiyada sedan 18-düymlük təkər diskləri, salonun müxtəlif materiallarla tərtibatı və güclü yana dəstəyinə malik olan ön oturacaqlar ilə təchiz edilir. Avadanlıq siyahısına ön oturacaqların qızıdırılması funksiyası, kor zonalara nəzarət sistemi və arxaya hərəkət zamanı avtomatik əyləcləmə funksiyası daxil edilib.