AVTO

28 Aprel

Azərbaycanda avtosalonlarda maşınlar maya dəyərinə SATILIR - VİDEO

Koronavirus epidemiyasının vurduğu zərər avtomobil satış mərkəzlərindən də yan keçməyib.

Fins.az xəbər verir ki, artıq bu gündən bu xidmət sahəsi də əvvəlki kimi öz fəaliyyətini bərpa edib. Ancaq avtomobil satış mərkəzləri hazırkı vəziyyətdə olan qiymətlərdən gileylənirlər.

Satış nümayəndələrinin sözlərinə görə, vəziyyət o həddə çatıb ki, avtomobillərin bir çoxu maya dəyərinə satılır.

Avtosalonlardan verilən məlumata görə, avtomobillərin qiymətinə təsir edən amillərdən biri də, ölkə sərhədlərinin bağlı olmasıdır.

Belə ki, hazırda ölkəyə avtomobil idxalına qoyulan məhdudiyyət hələ də aradan qaldırılmayıb.