AVTO

27 Aprel

Əfsanəyə çevrilmiş Ferrari polis avtomobili satılır

Londonda yerləşən və ekzotik avtomobillərin satışı üzrə ixtisaslaşmış Girardo Co diler mərkəzi unikal Ferrari polis avtomobilini satışa çıxarıb.

Dörd nəfərlik salona malik olanFerrari 250 GTE modeli 1963-cü ildə Romaa polisində xidmətə başlayıb və altı il içində cinayətkarlar arasında belə əfsanəyə çevrilib. Beş xidmət etdikdən sonra avtomobil təqaüdə göndərilib. Ferrari iki oxşar avtomobili inşa etsə də, bu günə onlardan yalnız biri qalıb. 1960-cı illərdə İtaliyadakı cinayət hadisələrinin əksəriyyəti təqiblərlə başa çatırdı. Cinayətkarlarin daha sürətli avtomobillərə keçməsi, polisi də eyni şəkildə davranmağa məcbur edib. Karabinyerlər Alfa Romeo 1900 modelini daha sürətli Giulia 1600 sedanları ilə əvəz ediblər. Lakin, bu tədbir kifayət qədər effektiv olmayıbb. Buna görə, "uçan dəstənin" zabiti Armando Spataforadan "cinayətkarlıqla mübarizə etmək üçün polisə nə lazım olduğunu" soruşduqda, o, - "Ferrari-dən daha yaxşı nə ola bilərki?" - cavabını verib.