AVTO

27 Aprel

Audi R8 satışa çıxarılıb

Bu günlərdə satışa çox maraqlı bir avtomobil çıxarılıb. Bu, 405 nömrəli şassiyə malik olan və 2000-ci ildə “Le Manın 24 saatı” marafonunda yarışmaq üçün inşa edilmiş altı avtomobildən biri olan Audi R8 sportprototipidir.

Eyni zamanda, bu avtomobil iyirmi il əvvəl alman markasına “Le Manın 24 saatı” marafonunda uğur gətirən ilk sportprototip olub. Audi markası Le Mandakı çıxışlarına 1999-cu ildə başlayıb. Alman istehsalçısı bu yarışlar üçün dörd sportprototip hazırlanmışdı - iki R8R spayderini və iki R8C kupesini. Lakin, həmin avtomobillər uğursuzluğa düçar olduqları üçün, alman istehsalçısı 2000-ci ilin mövsümünü tamamilə yeni avtomobil ilə başlmaq qərarına gəlib.