AVTO

24 Aprel

Dünyanın ən ucuz avtomobili satıldı

Satışı Rusiyada həyata keçirilən dünyanın ən ucuz avtomobili sahibini tapıb.

Fins.az xəbər verir ki, Hindistan istehsalı olan “Qute” avtomobili kvadrosikl sayılır.

Avtomobilin mühərrikinin həcmi 200 kubsantimetr, maksimal sürəti isə saatda 70 kilometr təşkil edir.

Avtomobil 337 min rubla (7,6 min manat) satılıb.