AVTO

23 Aprel

Lexus ilk qoşulan hibridini hazırlayır

InsideEV’s nəşrinin bildirdiyinə görə, Lexus şirkəti yapon markasının tarixindəki ilk qoşulan hibrid modelini hazırlayır. Şirkətin model xəttində artıq bir neçə hibrid modelinin olmasına baxmayaraq, onlardan heç birinin batareyasını məişət elektrik şəbəkəsindən doldurmaq mümkün deyil. Bu günlərdə Lexus şirkəti Avropa Patent İdarəsinə NX 450+ ticarət nişanının qeydiyyata alınması üçün ərizə ilə müraciət edib. İnsayderlərin fikrincə, bu adın altında yapon markasının ilk plug-in hybrid (PHEV) modeli gizlənir. İlkin məlumatlara görə, Lexus NX 450+ modeli keçən payızda debüt edən Toyota RAV4 Prime krossoverinin güc qurğusu ilə təchiz edilə bilər.

Lexus NX modeli ilə eyni platformada inşa edilmiş Toyota RAV-4 Prime modeli 2,5-litrlik dördsilindrli benzin atmosfer mühərriki və iki elektromotor  ilə təchiz edilir. Hibrid qurğunun ümumi hasilatı 306 at qüvvəsi təşkil edir. 16 kilovat-saatlıq batareya sayəsində RAV4, elektrik ötürməsi ilə 60 kilometr məsafə qət edə bilir. Ərizədə Lexus NX 450+ modelindən başqa, NX 350h modeli də qeyd edilir - çox güman ki, bu model cari NX 300h krossoverini əvəz edəcəkdir.