Amerikan atelyesi dünyanın ən sürətli avtomobil istehsalçısı adını qaytarmağa qərarlıdır. Üstəlik, amerikalılar bunun nə vaxt baş verəcəyinə də işarə ediblər.
Əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş Chiron hiperkarının 300 mil/saat həddini keçməsindən sonra, Bugatti şirkəti sürət rekordları uğrunda mübarizə aparmacağını söyləyərək, "sürət uğrunda müharibəni" tərk etdiyini bildirib. Bununla belə, amerikan Hennessey atelyesi öz iddialarından imtina etmək niyyətində deyil. Şirkət, sosial şəbəkələrdə gələcək hiperkarının ilkin eskizlərindən birini (yeri gəlmişkən, demək olar ki, heç bir şey dəyişməyib) yayaraq, indiyə qədər Venom F5 layihəsi üzərində çalışdığını xatırladıb. Üstəlik, atelye bəzi maraqlı detalları da açıqlayıb.
Birincisi, Hennessey Venom ilə birlikdə, seriya avtomobilini 500 km/saat və üzərinə sürətləndirən ilk şirkət olmağı ciddi şəkildə planlaşdırdığı açıqlayıb. Eyni zamanda, amerikalılar "500+" ifadəsindən də istifadə ediblərr. İkincisi, şirkət bu yay Venom F5 modelinin ilk əmtəə variantını təqdim edəcəyinə söz verib. Xatırladaq ki, hiperkarın 24 nüsxəlik tirajla buraxılması planlaşdırılıb. Çox güman ki, həmin zaman sürət rekordu artıq qeydə alınmış olacaqdır. Maraqlıdır ki, bu müddət ərzində, həm hiperkarın yaradıcılarının ambisiyaları, həm də hiperkarın texniki təchizatı dəyişikliklərə məruz qalıb. Əvvəllər Hennessey yalnız 290 mil/saat (467 km/saat) həddini nişan almışdısa da, Bugatti demarşından sonra amerikalılar bu həddi artırmalı olublar. Müvafiq olaraq, Venom modelinin mühərriki də daha güclü olub - planlaşdırılmış 1600 at qüvvəsinin əvəzinə. indi mühərrikin hasilatı 1840 at qüvvəsi və 1617 Nm fırlanma anı təşkil edir. Bununla belə, amerikalılar İsveçdən olan həmkarlarını da unutmalı deyillər. Koenigsegg Jesko Absolut hiperkarı nəzəriyyədə Venom F5 modelindən daha sürətli ola bilər - onun təxmin edilən maksimal sürət həddii 532 km/saatdır. Lain, isveçlilərin bunu etmək üçün şəraitləri yoxdur: onlar uyğun konfiqurasiyaya malik olan trek axtarışındadırlar. Autograph