AVTO

23 Aprel

Toyotanın bu modeli bu gün debüt edə bilər

Toyota şirkətinin Yaris hetçbekinin bazasında yaradılmış subkompakt krossover hazırladığı barədə artıq məlumat vermişik. Bu krossoverin Cenevrədə nümayiş etdirilməsi planlaşdırılsa da, məlum səbəblərdən yığcam modelin debütü təxirə salınıb. Toyota şirkəti yeni modelin təqdimat tarixi barədə heç bir məlumat verməsə də, AutoNocion nəşri hesab edir ki, yapon istehsalçısı yeni krossover haqqında ətraflı məlumat bu gün açıqlayacaq.

Doğrudur, nəşr məlumatın mənbəyini göstərmədiyi üçün, bu məlumata bir qədər şübhə ilə yanaşmaq gərəkdir. Lakin, atalarımız demişkən - od olmasa, tüstü çıxmaz. Yeri gəlmişkən, əvvəllər yeni krossoverin bu ilin payızında satışa çıxarılacağı söylənilirdi.