AVTO

21 Aprel

“Volkswagen” Bakı Mərkəzi ilk dəfə “Volkswagen Touareg” modelinin xüsusi şərtlərlə satışını həyata keçirir

Avtomobilin “premium” seqmentinə məxsusluğu ilə yanaşı, həm qənaətli, həm də müasir ekoloji tələblərə cavab verən olması onun böyük üstünlüyüdür. Bundan əlavə, avtomobil çox ciddi göstəriciləri ilə “premium” seqment SUV avtomobillər arasında bütün rəqiblərindən irəlidədir.

“Touareg” xüsusi şərtlərlə yürüşdən asılı olmayaraq, tam zəmanətlə 135 200 AZN-dən başlayan qiymətlərlə təklif olunur.

“Touareg”in üç litr həcmli altı silindirli turbo dizel mühərriki 249 at gücü hasil edə bilir. Avtomobilin dartı qüvvəsi isə inanılmaz 600 Nm, benzin mühərrikli alternativindən 150 Nm artıqdır.

Təəccüblü deyil ki, bu beş metr uzunluqlu, iki tonluq əjdaha 0-dan 100 km/saat sürətə cəmi 6,8 saniyəyə çatır.

Yeni “Touareg” əvvəlkindən uzundur, amma bir az daha alçaqdır. Öndə böyük barmaqlıqlar və maraqlı işıqlar diqqət çəkir. “IQ light” sistemli işıqların maraqlı xüsusiyyəti odur ki, onlar nə qədər güclü olsalar belə, qarşıdan gələnin gözünə düşmürlər. Eyni zamanda, döngələrə daxil olarkən faralar təkərlərin döndüyü tərəfə çevrilir və yolunuzu tam işıqlandırır, bununla da qarşıdan gələn avtomobilləri daha tez görməyinizə imkan yaradır.

Almanların yaratdığı üçüncü nəsil “Volkswagen Touareg”də ağıllı avtomobilə xas hər bir funksiya var. Avtomobilə böyük ölçülü yük qoymaq üçün yük yerini dörd sm aşağı endirmək mümkündür.

Yolsuzluq şəraitində “Touareg”in ağıllı amortizasiya sistemi onu yeddi sm yuxarı qaldırır, habelə idman modunda maksimum yerə yaslanır və asqılar bərkiyir. İnteryeri isə analoqu olmayan innovasiyalar ilə doludur. Avtomobilə əyləşən kimi ilk diqqəti cəlb edən məqam 15 düym ölçülü ekrandır. “Touareg”in bir çox xüsusiyyətlərini həm toxunaraq, həm də uzaqdan əl hərəkətləri ilə idarə etmək mümkündür. Zənglər, naviqasiya sistemi, 360 dərəcəli kamera, bluetooth, video və musiqi pleyeri, oturacaqların qızdırılması və kondisionerin də idarəsi bu panel üzərindən reallaşır. Sürət göstəricisinə gəldikdə isə, qarşımıza 12 düym ölçülü ekran çıxır. Burada rəqəmsal formada çalışan sürət göstəricisi, avtomobilin servis vaxtı, yağ göstəricisi kimi məlumatlar öz əksini tapır.

Avtomobillə tanış olmaq, daha ətraflı məlumat almaq və sərfəli satış şərtləri barədə öyrənmək üçün şəhər telefonlarından *7788, mobil telefonlardan isə 055 5557788 nömrəsi ilə əlaqə saxlaya, habelə “Volkswagen” Bakı Mərkəzinin sosial şəbəkə səhifələrini izləyə və müraciət edə bilərsiniz.