AVTO

20 Aprel

“Ferrari”nin saatda 372 ilə sürülmə görüntüləri yayıldı - VİDEO

“Ferrari”nin 372 kilometr saatla sürülmə görüntüləri sosial şəbəkədə yayımlanıb.

Fins.az xəbər verir ki, kadrlar Almaniyada qeydə alınıb.

Qeyd edək ki, sürücü yolun boş olmasından istifadə edərək bu sürəti yığmağa nail olub.

Bununla yanaşı o, bir əli ilə sükanı, o biri ilə də mobil telefonu tuturaq sürət göstəricini görüntüləyib.

Videoda, avtomagistralın boş olmasına baxmayaraq sürücünün avtomobillə bir neçə nəqliyyat vasitəsini də keçdiyi görülür.

Maraqlıdır ki, “Ferrari” şirkəti hiperkarın maksimal sürəti barədə heç vaxt məlumat verməyiblər. Onlar avtomobilin sürətinin 350 km/s.-dan yuxarı çıxa biləcəyini bildiriblər.