AVTO

17 Aprel

Çin bazarı üçün xüsusi olaraq yaradılmış model - FOTO

Bizə tanış olamayan Volkswagen Tayron modeli Çin bazarı üçün xüsusi olaraq yaradılmış Tiguan krossoverinin ən yaxın qohumudur. Krossoverlər ümumi aqreqat bazasına əsaslansa da, Tayron orijinal kuzova malikdir. Üstəlik o, beynəlxalq həmkarından bir qədər böyükdür: Tayron modelinin qabarit uzunluğu 4589 millimetr təşkil etdiyi halda, bizə tanış olan Tiguan krossoverinin uzunluğu 4486 millimetrdir. İndi bu duetdə ilk dəfə olaraq kupeşəkilli versiyanı əldə edən məhz Tayron olub.

Volkswagen Tayron X modelinin seriya variantı keçən yazda təqdim olunmuş prototipi tamamilə təkrarlayır: hətta arxa işıqlardakı X naxışları  və beşinci qapının üzərindəki iki spoyler (şüşənin yuxarı və aşağı kənarlarında) da yerində qalıb.. Göründüyü kimi, belə ikimərtəbəli konstruksiya arxa pəncərəni çirkdən etibarlı şəkildə qoruyur, çünki beşinci qapı şüşəsilənlə təmin edilməyib. Kupeşəkilli krossoverin hündürlüyü adi krossoverdəki kimi qalıb - 1662 millimetr. Lakin dəyişdirilmiş arxa hissə onu biraz uzun edib - 4626 millimetr.