AVTO

17 Aprel

Volkswagen-in yeni modeli belə olacaq - VİDEO

Volkswagen şirkətinin Latın Amerikası üçün hazıradığı Nivus adlı yığcam ölçülü krossoverin yeni şəkillərini dərc edib. Şəkillərdəki avtomobil kamuflyaj örtüyünə malik olsa da, krossoverin dizaynı üzərindəki sirr pərdəsi götürülüb desək, yanılmarıq. Bir müddət bundan öncə, Volskwagen şirkəti kupeşəkilli kuzova malik olan krossoverin istehsal tarixini də açıqlamışdı – yeni krossoverin  istehsalına bu ilin yayında Braziliyada start veriləcəkdir. Məlum məsələdir ki, krossoverin Latın Amerikasındakı satışlarına yay aylarında başlanacaqdır.