AVTO

17 Aprel

Toyota LC 200 modeli Heritage Edition versiyasına sahib olub

Toyota şirkəti əvvəlki ofrouderlərin üslubunda tərtibata malik olan Land Cruiser 200 modelinin Heritage Edition adlı xüsusi versiyasını buraxıb. Birləşmiş Ərəb Əmirlikləri üçün nəzərdə tutulmuş avtomobilləri məhdud saylı tirajla buraxıblar. Şirkət klassik Land Cruiser modellərinin tərtibat üslubunu tamamilə təkrarlamaq qərarına gəlib. Buna görə də, modelin rəsmi şəkilləri 90-cı illərin reklam materiallarının üslubunda hazırlanıb.

Texniki avadanlıq baxımından avtomobil adi LC 200 modelindən heç nə ilə fərqlənmir. Xüsusi seriyadan olan ofrouderləri vintaj tərtibatı sayəsində ayırd etmək olar. Tərtibata, markanın köhnə avtomobillərində olduğu kimi yan tərəfə vurulan çox rəngli zolaqlar, poladdan disklər, ehtiyat təkəri taxılmış taybatay açılan qapılar, baqajdakı kompressor və məxmər ilə örtülmüş kreslolar daxildir. Avtomobilin baza versiyası 271 at qüvvəsinə malik olan V6 mühərriki və 5-pilləli mexanik ötürmələr qutusu ilə təchiz olunur. Daha bahalı versiya isə, 6-pilləli avtomatik transmissiya ilə tandemdə çalışan 304 at qüvvəli V8 mühərrikinə sahib olub.