AVTO

16 Aprel

GAC yürüş ehtiyatı 600 kilometr olan elektrokrossover buraxacaq

GAC konserninin törəmə müəssisəsi olan GAC New Energy şirkətinin Aion markası Aion V elektrik krossoverini buraxacaqdır. Krossover gücü 184 at qüvvəsi olan bir elektrik mühərriki ilə təchiz ediləcək və dolu batareya ilə NEDC dövrünə əsasən 600 kilometrə qədər məsafə qət edəcəkdir.

Aion V krossoveri, Aion S sedanı və orta ölçülü Aion LX krossoverinin də əsasını təşkil GEP 2.0 (GAC Electric Platform) platformasında inşa edilib. Aion V modelinin uzunluğu 4586 millimetr, eni - 1920, hündürlüyü - 1728 millimetrdir. Təkər bazasının uzunluğu 2830 millimetr təşkil edir. Krossoverin elektrik mühərriki 184 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edir. Aion V modeli təchiz edildiyi batareyaların tutumundan asılı olaraq 500, 520 və 600 kilometr (NEDC dövrəsində) məsafə qət edə bilər.