AVTO

15 Aprel

ABŞ-da 1981-ci ilin Nivası satılır

ABŞ-da fəaliyyət göstərən məşhur Copart həırracında 1981-ci ilin istehsalı olan tüninq edilmiş Lada Niva 4x4 ofrouderi satışa çıxarılıb.

Odometrində 10.958 kilometr göstərici olan ofrouder əla vəziyyətdədir. Hal-hazırda, «Niva»-nın qiyməti 4550 dollara çatıb. Hərracın dərc etdiyi şəkillərdən göründüyü kimi, 39 yaşlı Nivanın kuzovu yaşına görə yaxşı qorunub-saxlanılıb: kuzovun üzərində batıq və pas yoxdur. Avtomobil hündürləşdirilmiş asqı və iri yolsuzluq şinləri ilə təchiz edilib. Bundan əlavə, "Niva" nın ön bamperdə bucurq, qanadlarda isə qara plastikdən örtmələr quraşdırılıb. Ofrouderin salonunda inkişaf etdirilmiş yan dəstəyi olan dəri oturacaqlar da quraşdırılıb.