AVTO

15 Aprel

Fisker-in yeni modeli belə olacaq

Fisker şirkətinin rəhbəri Henrik Fisker Ocean krossoveri üçün hazırlanmış opsional dəst haqqında yeni məlumatla paylaşıb.

Opsional avadanlıqlar şəhər elektromobilini xilasedicilər və hərbçilər üçün ağır yolsuzluq şəraitində istifadə etmək üçün ofrouderə çevirir. Dəstin maraqlı xüsusiyyətlərindən biri kapotdakı yuvada saxlanılan tam ölçülü ehtiyat təkərdir. Yeni opsional dəst Force E adlanır. Hələlik avtomobil yalnız 3D-modeli şəklində mövcuddur və şirkət işlək prototipi 2021-ci ildə göstərmək niyyətindədir. Krossoverin avadanlıqlar siyahısına, ehtiyat təkərindən başqa, yolsuzluq şinləri, damdakı əlavə işıqlandırma qurğusu, ekspedisiya baqaj daşıyıcısı və su üçün qab daxildir. Ocean Force E modelinin standart modeldən digər fərqləri altlıığın müdafiəsi və daha iri təkər tağlarıdır. Force E dəstini yalnız 300 at qüvvəli tam ötürməli Ocean modeli üçün nəzərdə tutulub.