AVTO

14 Aprel

Çinin istehsal etdiyi avtomobil təqdim olunub

İyun ayında yenilənmiş Roewe RX5 krossoveri Çin bazarında satışa açıxacaqdır. Yenilənmədən əvvəlki versiya da model xəttində qaldığından, son versiya RX5 Plus adlandırılıb. Lakin, yenilənmiş krossover barədə məlumat azdır: ilk şəkillər tizer şəklində yayılıblarr. SAIC Design studiyasının dizaynerləri krossoverin ön və arxa hissənin dizaynını dəyişərək, ona qəsdən aqressiv görünüş veriblər. Ön tərəfdə diqqəti çəkən mürəkkəb formalı fənərlərdir. Yeni fənərlər ucbatından ön hissə yenidən işlənməli olub. Yalnız bamper ilə barmaqlıq deyil, kapot da dəyişdirilib. Loqotip daha yaxşı nəzərə çarpır ki, RX5 modelinin sülhsevər görüntüdən əsar-əlamət belə qalmayıb.

Arxa fənərlər forma ilə birlikdə naxışlarını dəyişdirsələr də, əvvəlki baqaj qapağına uyğun gəlirlər. Buraxılış sisteminin iki çıxış borusu əvvəl də var idi, amma yeni bamper fərqli formalı borulara malik olub. Avtomobilin qabaritləri açıqlanmayıb. Xatırladaq ki, restaylinqdən əvvəlki modelin uzunluğu 4545 (4556) millimetr, eni - 1855 millimetr, hündürlüyü - 1719 millimetr, təkər bazasının genişliyi isə 2700 millimtr təşkil edirdi.