AVTO

14 Aprel

IATA aviasiyada 2019-cu ilin rəsmi təhlükəsizlik hesabatını yayımlayıb

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatında ötən il baş verən təyyarə qəzalarına və ölüm saylarına da yer verilib. Hesabata görə, 2019-cu ildə orta hesabla hər 884000 uçuşdan birində qəza baş verib. Qəza sayı 53 olub və bu qəzalarda 240 nəfər həlak olub. Əlavə olaraq, Busy Bee Congo şirkətinin təyyarə qəzasında yerdə 7 nəfər həyatını itirib.

62 qəzanın baş verdiyi 2018-ci ildə orta hesabla hər 733000 uçuça bir qəza düşürdü. Bunlardan 11-də ölüm halları baş vermişdi və qurbanların sayı ümumilikdə 523 idi. Bu rəqəmlər geridə qoyduğumuz ilin 2018-ci ildən daha təhlükəsiz olduğunu göstərir. Hesabatda başqa bir maraqlı fakta da yer verilib. Belə ki, 2019-cu ildəki rəqəmlərə əsasən, bir nəfər hər gün təyyarə ilə uçarsa, qəzaya uğrama ehtimalı orta hesabla 535-ci ilə düşür. Ötən il baş verən qəzalardan Ethiopian Airlines-ın qəzasını xüsusi qeyd etmək lazımdır. Məhz bu hadisədən sonra Boeing 737 MAX tipli təyyarələrin uçuşuna bütün dünyada qadağa qoyulmuşdu və bu qadağa hələ də davam edir...