AVTO

13 Aprel

Volkswagendən YENİLİK

Volkswagen şirkətinin model xəttindəki hibridlərin Artırılması planları ilə qismən tanışıq. Məlum olduğu kimi, alman istehsalçısı ilin sonun kimi Tiguan krossoverini və Arteon liftbekini GTE versiyasında təqdim etmək niyyətindədir. Sən demə, GTE indeksli modellərin cərgəsinə yığcam T-Roc krossoveri də qoşula bilər. "Auto Express" nəşrinin bildirdiyinə görə, Volkswagen  şirkətinin elektrikləşdirilmiş modellər istiqamətinin rəhbəri Kai Filipp, yığcam T-Roc krossoverinin məişət elektrik şəbəkəsindən qidalanan idman hibrid versiyasının buraxıla biləcəyini açıqlayıb. Mütəxəssis T-Roc GTE modelinin yaradılmasında heç bir texniki əngəlin olmadığını, lakin belə krossoverin perspektivlərinin tələbdən asılı olduğunu vurğulayıb.

Volkswagen T-Roc modelinin MQB modul platformasına əsaslandığını nəzərə alsaq, onun hibrid güc qurğusuna adaptasiya edilməsi ilə bağlı heç bir problem olmayacaqdır. Alman şirkəti yığcam krossoveri elektrikləşdirməyə qərar verərsə, T-Roc GTE modelinin tərkibinə 150 at qüvvəli 1,4-litrlik benzin turbomühərriki, 6-lilləli ötürmələr qutusuna quraşdırılmış 116 at qüvvəli elektrik mühərriki və 13 kilovat-saatlıq batareya daxil olan güc qurğusu ilə təchiz ediləcəyi şübhəsizdir.