AVTO

07 Aprel

NİVA ilə G-Class-n calağı - FOTO

Müstəqil dizayner Aleksander İsayev gələcək Lada 4x4 modeli ilə bağlı olan görüşlərini təqdim edib. O, 2018-ci ilin Vision 4x4 konseptini əfsanəvi Mercedes-Benz G-Class modelinin dizayn ülubu ilə calaq edib. ideya müəllifinin sözlərinə görə, hər iki model - Lada 4x4 və «Gelendvagen», - hər iki orijinal görünüşünü və tanınan cizgil’rini qoruyub-saxlayıb. İsayev onları birləşdirərək, alınmış konseptə G-Niva 2020 adını verib

Virtual ofrouder bir sıra dizayn xüsusiyyətlərini əldə edib. Bunlara misal kimi, çərçivəsiz qapıları və qismən çıxarıla bilən damı göstərmək olar. Gelendvagendən ofruderə təkər tağları və xarakterik formaya olan dönmə işıqları, həmçinin iri kapot və nazik profili olan təkərlərlə təchiz edilmiş diskləri . Eyni zamanda, G-Niva 2020 konseptinin çöhrəsində Lada 4x4 modelinin tanış cizgilərini görmək olar, - İsayev rus ofrouderindən baqaj qapağının və sükan çarxının dizaynını götürüb.

G-Niva 2020 yalnız render şəklində mövcuddur. Bu layihənin reallaşmaq şansları sıfıra bərabərdir.