AVTO

03 Aprel

Toyota 5 zavodunun fəaliyyətini dayandırır

Yaponiyanın "Toyota Motors" avtomobil istehsalçısı yeni növ koronavirus (COVİD-19) səbəbilə ölkədə yerləşən 5 zavodunun fəaliyyətinin dayandırılması ilə əlaqədar qərar qəbul edib.

Fins.az xəbər verir ki, sözügedən zavodlar Yaponiyanın Ayti və Fukuoka prefekturalarında yerləşir. Zavodların fəaliyyətinin durdurulması bu ərazidə yerləşən yeddi "Toyota" istehsal xəttinin müvəqqəti dayanması ilə nəticələnəcək.

Bildirilir ki, zavoddan asılı olaraq fəaliyyətin bərpası 6-15 aprel tarixlərində nəzərdə tutulub.