AVTO

03 Aprel

Karantin rejiminə görə Azərbaycanda avtomobillərin onlayn satışı başlayıb

Azərbaycanda avtomobillərin internet üzərindən onlayn satışı başlayıb.

Fins.az xəbər verir ki, hazırda bu xidməti «Mazda-Azərbaycan» təklif edir.

Şirkət sosial şəbəkədə elan edib ki, artıq istənidən «Mazda» modelini internet vasitəsilə onlayn almaq olar.  
Bunun üçün istifadəçilər «Mazda-Azərbaycan»ın saytına daxil olub sifariş formasını doldurmalıdırlar. Burada sifarişçinin seçdiyi avtomobil modeli və öz haqqında məlumatlar göstərilir. 

Məlumata görə, alıcılar onlayn alış zamanı xüsusi endirim əldə edəcəklər. Bundan əlavə, DYP qeydiyyatı, icbari sığorta və çatdırılma da şirkətdən hədiyyə olacaq.