AVTO

01 Aprel

BMW formasını dəyişən sükan çarxını hazırlayır - FOTO

BMW şirkəti mexaniki şəkildə formasını dəyişdirəcək sükan çarxı üzərində işləyir.

Formasını dəyişən nəzarət orqanının patentini AutoExpress nəşri aşkar edib. Hərəkət zamanı formasını yumrudan ovala dəyişən sükan çarxı, sürücünü avtonom idarəetmə rejimindən əl ilə idarəetməyə keçmək barədə xəbərdar etmək üçün nəzərdə tutulub. Alman markasını mexaniki şəkildə tranmsformasiya olunan sükan çarxı üzərində işləməyə, 2017-ci ildə Stanford Universitetində həyata keçirilmiş araşdırmada təşviq edib.

Elm adamları avtonom rejimdən əl rejiminə keçmək üçün iki xəbərdarlıq sistemini sınaqdan keçiriblər - birinci qrup sürücülər dəyişkən geometriyası olan robotlaşdırılmış sükanı, ikinci qrup isə ənənəvi LED indikasiyası olan sistemi sınaqdan keçiriblər. Sükan çarxının mexaniki transformasiyasının vizual xəbərdarlıqlardan daha effektiv olduğu ortaya çıxıb. Avtonom sürücülük sistemlərinin ekstremal vəziyyətlərdə sürücünün müdaxiləsini tələb edəcəyi üçün, xəbərdarlıqlara reaksiya müddəti həddən ziyadə vacibdir.

BMW patenti, transformasiya olunan idarəetmə orqanlarının tətbiqi yolunda atılmış ikinci addımdır. Keçən il, Bavariya şirkəti, cihazlar panelinin qarşısını tutmayan və avtomobilə giriş-çıxışı asanlaşdıran çoxbucaqlı sükan haqqında ətraflı məlumatı paylaşmışdı. İndi isə, yaradılmış sistemlər sənədləşdirilir.

Mütərəqqi sükan çarxı BMW iNEXT konseptinin seriya versiyası ilə birlikdə 2021-ci ildə debüt edəcəyini gözləməyə dəyməz. Ehtimallara görə, yeni texnologiya bir neçə ildən sonra alman markasının avtomobillərində tətbiq ediləcəkdir.