AVTO

29 Mart

İki ayda ölkədə 480 minik avtomobili istehsal edilib

Cari ilin yanvar-fevral aylarında ölkədə 480 minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində iki ayda 98,3 milyon manatlıq məhsul istehsal edilib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,5 dəfə artıb.