AVTO

19 Mart

Azərbaycan Gürcüstandan yük maşını idxalını 2 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 340 ədəd yük maşını idxal edib.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Hesabata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 

İki ay ərzində qonşu ölkədən Azərbaycana ixrac olunan yük maşınlarının ümumi dəyəri 2,327 milyon ABŞ dolları təşkil edib.

© Report