AVTO

12 Mart

Öz-özünə hərəkət edən avtomobil layihəsi nə vaxt reallaşacaq?

Öz-özünə hərəkət edən avtomobillər gələcəklə bağlı maraqlı layihələrdəndir. Yaxşı, bəs 2020-ci ildə bu avtomobilləri görəcəyikmi? Bütün yolu rahat şəkildə, süni intellektin idarə etdiyi avtomobildə, arxa oturacaqda keçirmək heç də pis olmazdı. 


Fins.az TED-ə istinadən xəbər verir ki, mühəndislər illərdir bu avtomobillər üçün prototip yaratmağa çalışırlar. İş prinsipi isə belədir: avtomobil kameralar vasitəsilə ətrafdakı piyadaları, ağacları, yol nişanlarını, eləcə də digər maneələri təyin edir və buna uyğun şəkildə "davranır".


"Guardian"da bir neçə il əvvəl 2020-ci ildə ön oturacaqda oturmağınıza gərək qalmayacaq” yazmışdı. Başqa bir sərlövhədə isə 2020-ci ildə yollarda 10 milyon öz-özünə hərəkət edən avtomobilin olacağı deyilirdi. 


Bu açıqlamalar General Motors, Toyota və Honda tərəfindən də dəstəklənmişdi. Hətta İlon Mask bununla bağlı iş apardıqlarını açıqlamışdı. 


Süni intellektin idarə etdiyi avtomobilin yaradılması üçün xeyli vaxt, pul və iş görmək lazım gəlir. 


Bundan başqa, qarşıya çıxan gözlənilməzlikləri süni intellektin necə həll edəcəyi məlum deyil. Üstəlik, qanunlarda bununla bağlı boşluqlar mövcuddur. Layihənin davam etdirilib-etdirilməyəcəyi də sual altındadır. Ancaq söz verildiyi kimi, 2020-ci ildə sözügedən avtomobillərdən yararlana bilməyəcəyimiz dəqiqdir.