AVTO

26 Fevral

"Otokar" və "İveco Bus" ortaq istehsal üçün razılaşıb

Türkiyənin "Koç Holding" şirkətinin əsas səhmdarı olduğu "Otokar" şirkəti ilə İtaliyanın "CNH Industrial" şirkətinə aid kommersiya avtomobilləri istehsalçısı "Iveco Bus" arasında ortaq istehsal və əməkdaşlıq sazişi imzalanıb.

Fins.az xəbər verir ki, 2021-ci ilin sonunda başlayacaq və azı 5 illik razılaşma daxilində "Otokar"ın Sakaryadakı zavodunda 5000 ədəddən çox avtous istehsal ediləcək. Son say bazar şərtlərinə bağlı olacaq.

26 MİLYON AVRO MƏBLƏĞİNDƏN ORTAQ SƏRMAYƏ

İki şirkət razılaşma daxilində 26 milyon avro məbləğində ortaq sərmayə qoyacaq.

"İmzalanan müqavilə daxilində şirkətimiz IVECO BUS-ın mövcud məhsullarını IVECO BUS adına Sakaryadakı zavodda istehsal edəcək. Həmçinin IVECO BUS-ın məhsul portfeli "Otokar" məhsulları ilə genişlənəcəkdir" - "Otokar"ın açıqlamasında deyilir.

"Iveco Bus" mikroavtobusdan şəhərlərarası avtobusa qədər müxtəlif avtobuslar istehsal edir.

© Marja