AVTO

12 Fevral

"Biz "Formula-1" yarışlarını səbəbsiz yerə hansısa ölkəyə vermirik"

"Biz "Formula-1" yarışlarını səbəbsiz yerə hansısa ölkəyə vermirik. Həmin ölkələrin şəhərlərindən gözləntilərimiz çoxdur. Bakı da belə şəhərlərdəndir. Bu şəhərin hərarətliyi möhtəşəmdir". Fins.az xəbər verir ki, "Formula-1" Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri deyib. "İdman yarışları və Bakının infrastrukturuna dair ölkənin gələcəyə baxışı" mövzusunda keçirilən konfransda Ç.Keri Azərbaycanda keçirilən "Formula-1" yarışı barədə danışıb. Qeyd edək ki, Bakıda bu il "Formula-1" yarışı 5-7 iyun tarixlərində keçiriləcək