AVTO

11 Fevral

Nissanın Rusiyadakı istehsalı dayana bilər

Yaponiya şirkəti Nissan koronavirus epidemiyası səbəbilə Rusiyadakı istehsalı dayandıra bilər.  

Yaponiyanın avtomobil şirkəti Nissanın Rusiyanın Sankt Peterburq şəhərində olan zavodunda koronavirusa görə çətinlik yaranıb.

Fins.az xəbər verir ki, bu barədə zavodun rəmiləri bildiriblər. Qeyd edilib ki, zavodu ehtiyat hissələri ilə təmin edən təchizatçıların çoxu Çin şirkətləridir. Virus təhdidi səbəbilə ehtiyat hissələrinin alınmasında çətinliklər yaranıb.

Verilən məlumata görə, hazırda Sankt Peterburq zavodunda istehsal davam edir, lakin istehsalın dayandırılması barədə danışıqlar aparılır. 

Nissanın koronavirusa görə Yaponiyanın cənub qərbində yerləşən Kyushu zavodunda  istehsala fasilə verəcəyini açıqlayıb.

© Marja