AVTO

04 Fevral

Teslanın səhmləri bahalaşdı

ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkətinin səhmləri “Nasdag” birjasındakı hərrac zamanı 19,89 faiz bahalaşaraq indiyədək ən yüksək 780 ABŞ dollarına satılıb.

Fins.az xəbər verir ki, bu bahalaşma həmçinin 2013-cü ildən etibarən ən böyük günlük artımdır. Belə ki, şirkətin dəyəri 140 milyard ABŞ dolları üstələyib. Bu barədə Report yazıb. 

Qeyd edək ki, “Tesla”nın səhmləri “Panasonic”lə akkumulyator istehsal edən birgə müəssisədə ilk rüblük mənfəət barədə məlumatların yayılmasından sonra bahalaşıb. Bundan bir həftə əvvəl isə “Tesla” 2019-cu ilin yekunlarına görə xalis zərərinin 12 faiz azalaraq 862 milyon ABŞ dollara enməsi, gəlirinin isə 14,5 faiz artaraq 24.578 milyon ABŞ dollarınadək yüksəlməsi barədə açıqlama vermişdi. 2003-cü ildə təsis olunmuş “Tesla Motors”un dəyəri ötən ay ilk dəfə 100 milyard ABŞ dolları həddini aşmışdı.