AVTO

03 Fevral

İki nəhəng ortaq şirkət yaratdı

Toyota Motor və Panasonic elektrikli avtomobil (elektromobil) batareyaları istehsalı üçün ortaq şirkət yaradıb. 

Fins.az xəbər verir ki, Toyota və Panasonic şirkətləri yaydıqları açıqlamada, "Prime Planet Energy and Solutions" adı verilən yeni şirkətin, hər avtomobil istehsalçısının istifadə edə biləcəyi kvadrat şəkilli batareyalar inkişaf etdirəcəyini qeyd ediblər.

Yeni şirkət 1 Apreldə 5 000-dən çox işçi ilə fəaliyyətinə başlayacaq. Toyota yeni şirkətdə 51%, Panasonic isə 49% paya sahib olacaq.

Bu cəhd Yaponiya şirkətlərinin avtomobil batareyası sənayesində daha böyük qlobal oyunçular olmaq hədəfini əks etdirir

Sərt ətraf mühit tələbləri, elektrikli avtomobillərə keçişi sürətləndirir. .